AZ

"Neftçi" nigeriyalı futbolçunu transfer edib

Bakı, 26 sentyabr, AZƏRTAC

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyunu transfer edib.

28 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İfeanyi Metyunun son klubu İsveçrə təmsilçisi "Sürix" olub. O, Norveçin “Lilleström” və Türkiyənin “Osmanlıspor” komandalarında da çıxış edib.

Seçilən
7
azertag.az

1Mənbələr