AZ

Hamı bu suala cavab axtarır - “Qarabağ” qiymətləri niyə qaldırıb ?

“Qarabağ”ın Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri birmənalı qarşılanmayıb.

Ağdam klubunun avrokubokların təsnifat mərhələsində keçirdiyi matçlara nisbətdə artım müşahidə olunub.

Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub.

Digər tərəfdən, matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma var. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır.

VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək. VVİP biletlərin qiyməti isə 300 manatdan 500 manata yüksəlib.

Görəsən, gözlənilməz artım nə ilə bağlıdır? Araşdırdıq və öyrəndik ki, bu, son vaxtlar stadiona çəkilən xərclərin çoxalmasından irəli gəlir.

Yəni ki, «Qarabağ» rəhbərliyi oturduğu yerdə qəfildən belə bir addım atmayıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ev oyunlarının təşkili üçün stadiona aid bir sıra yeni tələblər irəli sürüb.

Rəqiblərini «Tofiq Bəhramov»da qəbul etmək istəyən «köhlən atlar» üzərinə düşən öhdəlikləri yerinə yetirib, arenada yenidənqurma işləri aparıb.

Buna baxmayaraq, dünən saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 27 min 500 bilet satılıb.

Hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

“Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr