Rusiyanın Sverdlovsk vilayətindəki Azərbaycan icmasının hazırda həbsdə olan rəhbəri Şahin Şıxlinski və Səfərovlar ailəsinə qarşı cinayət işini aparan müstənqilə bağlı qalmaqal baş verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “ВЧК-ОГПУ” teleqram kanalı məlumat yayıb.
Qeyd edilir ki, Şıxlinski və Səfərovlarla bağlı istintaqı pozan Yekaterinburq müstəntiqi iş yerində sərxoş olub və özünü yaramaz aparıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə xüsusilə mühüm işlərin araşdırılması üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovun həmkarlarının sözlərinə görə, işdə sərxoşluğun və isteriyanın səbəbi Sverdlovsk İstintaq Komitəsinin rəhbəri, general-mayor Boqdan Frantsişko ilə münaqişə olub.
“Frantsişko Kuzvesovu yanına çağıraraq ondan istintaqı sürətləndirməyi tələb edib. Kuzvesov “Hər şey qayadasındadır, mən öhdəsindən gələcəm”,-deyərək lovğalanıb. Sonra Boqdan Valeriyeviç daha dözə bilməyib və kobud ifadələr işlədib”,- mayor Kuzvesovun həmkarları belə deyib.
Onların sözlərinə görə, Frantsişkonun öz tabeçiyində olanın belə davranışına reaksiyası təbii olub: “Onun (Fransisko - red.) FTX-nin Sverdlovsk vilayəti üzrə idarəsinin rəisi, general-mayor (İqor) Nikolaevlə yaxşı münasibəti yoxdur. Kuzvesov məsələsi orada gedib çıxır. Rəis (Franciszko - red.) uzun müddət Yaroslavın arxasınca gedib, həqiqətən vəziyyəti sakitləşdirməyə, kömək etməyə çalışdı, amma Yaroslav yaxşılığı anlamır”.
Azərbaycan və Rusiya arsında münasibətlərin pisləşməsinə səbəb olan hadisələrdən söz açan kanal qeyd edir ki, Ural müstəntiqlərinin uğursuzluğu Moskvanı ifşa edib.