AZ

“Liderlərin çoxu qorxur” “Rusiya dəlidir, amma onun təyyarələri vurulmalıdır”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, NATO ölkələri onların hava məkanına daxil olan Rusiya təyyarələrini vurmalıdırlar. Lakin onun fikrincə, Alyans üzvlərinin əksəriyyəti Rusiyanın mümkün cavabından qorxur.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna lideri “Axios”-a açıqlamasında bildirib.

"Onları vurmalıdırlar... Əgər təyyarələr sizin zonanızdadırsa, siz onların qarşısını almalısınız", - Ukrayna Prezidenti deyib.

Eyni zamanda, o qeyd edib ki, əksər ölkələr qorxur, çünki Rusiya “dəlidir”: "Əlbəttə, qorxmayan bir neçə lider var; mən bəzilərini tanıyıram. Amma əksər ölkələr qorxur. Onlar qorxurlar və məncə, bu da səbəbsiz deyil: Rusiya həqiqətən də dəlidir".

Xatırladaq ki, bundan öncə NATO-nun Baş katibi Mark Rutte Rusiya təyyarələrinin Alyans ölkələrinə müdaxiləsilə bağlı sərt açıqlama verib. O, qeyd edib ki, üzv dövlətlər “lazım gələrsə”, sərhədi pozan Rusiya təyyarələrini vurmalıdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr