AZ

Qreypfrutun sağlamlığa faydaları açıqlandı

Qreypfrut həm dadı, həm də zəngin tərkibi ilə sağlamlıq üçün olduqca faydalı bir meyvədir.

E-saglam.az xəbər verir ki, bu sitrus növü orqanizmi vitamin və antioksidantlarla təmin etməklə yanaşı, həm də bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Qreypfrutun aşağıdakı faydalarını sizə təqdim edirik:

1. İmmuniteti gücləndirir – C vitamini ilə zəngindir, soyuqdəymə və infeksiyalara qarşı orqanizmi qoruyur.

2. Arıqlamaya kömək edir – Az kalorilidir, maddələr mübadiləsini sürətləndirir və yağ yandırılmasına dəstək olur.

3. Ürək-damar sağlamlığını qoruyur – Kalium və liflə zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, xolesterini azaldır.

4. Həzm sisteminə faydalıdır – Lif mədənin işləməsini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

5. Dəriyə müsbət təsir edir – Antioksidantlar dərini cavan saxlayır, elastikliyini artırır.

6. Qan şəkərini tənzimləyə bilər – Aşağı glikemik indeksə malikdir, şəkərli diabet riskini azaldır.

Qeyd edək ki,  qreypfrut bəzi dərmanlarla (xüsusən ürək və təzyiq dərmanları ilə) qarşılıqlı təsirə girə bilər. Ona görə də, daim dərman qəbul edən şəxslər həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr