AZ

İsrail Baş naziri Suriya ilə razılaşma əldə oluna bilənəcəyini bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və Suriya arasında təhlükəsizlik razılaşması ilə bağlı danışıqların getdiyini və iki ölkə arasında razılaşma əldə olunmasının ehtimalının olduğunu bəyan edib.

APA xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

“Biz yeni Suriya hökuməti ilə ciddi danışıqlara başlamışıq. Mən inanıram ki, Suriyanın suverenliyinə hörməti təmin edən və həm İsrailin, həm də regiondakı azlıqların təhlükəsizliyini təmin edən bir razılaşma əldə oluna bilər”- Netanyahu bildirib.

Seçilən
1
5
apa.az

6Mənbələr