Fransanın keçmiş prezidenti Nikolya Sarkozi beş il həbs cəzasına məhkum olunmasına baxmayaraq, dövlətin indiki başçısı Emmanuel Makrondan əfv istəməyi planlaşdırmır.
Moderator.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua BFMTV telekanalına müsahibəsində açıqlayıb.
"O, əfv istəməyi düşünmür, çünki günahsızlığını sübut etmək istəyir", - deyə vəkil bildirib.
Hüquq müdafiəçi qeyd edib ki, Sarkoziyə verilən hökm hüquqi nöqteyi-nəzərdən əsassızdır.
O həmçinin xatırladıb ki, müvəkkilinə qarşı irəli sürülən iki əsas ittiham üzrə - seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və korrupsiya ittihamlarından bəraət qazanıb.
Xatırladaq ki, dünən Paris məhkəməsi sabiq prezident Nikola Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum edib.