AZ

Papa Leo bir vaxtlar özünün rəhbərlik etdiyi dikasteriyaya yeni prefekt təyin edib

Vatikan, 26 sentyabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bir vaxtlar özünün rəhbərlik etdiyi Müqəddəs Taxt-Tacın Yepiskoplar üzrə Dikasteriyasına yeni prefekt təyin edib.

AZƏRTAC xəbər verir ki, italiyalı arxiyepiskop Filippo İannoneni Vatikanın əsas departamentinin prefekti olub. Sentyabrın 26-da elan edilən bu təyinat, may ayında Papa seçilən XIV Leonun Müqəddəs Taxt-Tacın əsas dikasteriyasına etdiyi ilk rəhbər təyinatdır.

67 yaşlı İannone 2022-ci ildən bəri Vatikanın Qanunvericilik Mətnləri üzrə Dikasteriyasına rəhbərlik edib.

Qeyd edək ki, Papa Leo 2023-cü ildən katoliklərin ruhani lideri olana qədər həmin dikasteriyanın prefekti olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
32
1
azertag.az

2Mənbələr