AZ

Vüqar Bayramov: “Prezidentin BMT Baş Assambleyasındakı çıxışı qlobal xarakter daşıyırdı”

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Qafqazdakı yeni düzən ilə yanaşı, bir sıra qlobal məsələlər ilə bağlı da Azərbaycanın mövqeyni təqdim etdi. Cənab Prezidentin çıxışında həm Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi, həm də ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətinə də toxunuldu. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ilk dövlət oldu. 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı ərazilər azad edildi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirildi. Cənab Prezident öz çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də xüsusi toxunmuşdur. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Artıq Zəngəzur dəhlizinin reallaşması ilə bağlı işlər sürətlənməkdədir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazılır. Bu tarix region üçün inkişaf və əməkdaşlıq səhifəsi açmaqdadır.

 

Pravda.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

 

“Azərbaycan Prezidenti avqust ayında ABŞ səfəri zamanı əldə edilmiş razılaşmaların tarixi əhəmiyyət daşıdığını qeyd edib. Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. 14 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq”, - V.Bayramov qeyd edib.

Tarix: 26 Sentyabr 2025, 19:13   
Seçilən
1
8
pravda.az

9Mənbələr