AZ

AZYAŞLI QIZ SEVGİLİSİNİ BAKIDA BIÇAQLADI-Gecə klubunda dava

Bakıda gecə klubunda dava düşüb. Hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klubunda baş verib . 2009-cu il təvəllüdlü Mələk Həsənova (adı və soyadı şərtidir) Elnur adlı oğlanla sevgili olub. Elnur bir müddətdən sonra Mələkdən ayrılıb və Mələk Həsən adlı başqa oğlanla sevgili olmağa başlayıb.

Bir müddət öncə Mələk rəfiqəsi ilə gecə klubunda olarkən, Elnur da ora gəlib və Mələyə yaxınlaşıb nəsə deyib. Mələk gecə klubunda yüksək musiqi səsindən onun danışığını eşitməyib və Elnuru küçəyə çağırıb. Onlar küçəyə çıxarkən Mələyin sevgilisi Həsən onlarla rastlaşıb və məsələni aydınlaşdırmaq istəyib.

Nəticədə Elnurla Həsən arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elnur Həsəni yerə yıxaraq ona yumruq və təpik zərbələri endirib. Bunu görən Mələk üzərində gəzdirdiyi bıçaqla Elnuru vurub.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, Mələk Həsənova saxlanılıb.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Mələk Həsənova 3 il azadlıqdan məhrum edilib.

Məhkəmə yeniyetmə olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib./oxu.az


Seçilən
14
9
azia.az

10Mənbələr