AZ

Donald Tramp Melania ilə helikopterdə mübahisə etdi - VİDEO

Donald Tramp Melania ilə helikopterdə mübahisə etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania ilə helikopterdə mübahisə etdiyi anlar “Daily Mail” tərəfindən yayımlanıb.

Xəbərə görə, cütlük BMT Baş Assambleyasında iştirak etdikdən sonra Nyu-Yorkdan Vaşinqtona qayıdarkən prezidentin “Marine One” helikopterində kameralara tuş gəlib. Görüntülərdə Trampın önə əyilərək barmağı ilə Melaniaya sərt şəkildə işarə etdiyi, Melanianın isə dodaqlarını sıxıb başını yellədiyi və əllərini qoynunda birləşdirərək soyuq reaksiya verdiyi əks olunub. Daha sonra Melanianın sakit jestlərlə cavab verdiyi müşahidə edilib.

Cütlüyün üz ifadələrindəki ciddilik onların arasında gərgin dialoq yaşandığını göstərib. Ağ Evdən mövzu ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Hadisə Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun yaxın vaxtlarda yayılan bənzər görüntülərini xatırladıb.

Seçilən
12
afn.az

1Mənbələr