ain.az bildirir, Qol.az portalına istinadən.
Misli Premyer Liqasının 6-cı turunda bu mövsümün ən erkən qırmızı vərəqəsi göstərilib.
QOL.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən “Qarabağ” - “Qəbələ” matçında qonaq komandanın futbolçusu Prins Ovusu oyun başlayan kimi, artıq 10-cu saniyədə qayda pozuntusuna yol verib.
19 yaşlı qanalı futbolçu Ağdam komandasının müdafiəçisi Mateus Silvaya qarşı kobud oyun nümayiş etdirib. Bu zaman baş hakim Rauf Cabarov əvvəlcə Ovusuya sarı vərəqə göstərib. Lakin VAR-a baxıldıqdan sonra “sarı” ləğv edilib və “Qəbələ”nin oyunçusuna qırmızı vərəqə göstərilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.