AZ

Bədəndən kalsiumu oğurlayan içki açıqlanıb

Pediatr Nilufər Yunusova bildirib ki, həddindən artıq qəhvə istehlakı orqanizmdə kalsium çatışmazlığına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, kofein katexolaminlərin istehsalını artırır və qlomerulyar filtrasiyanı gücləndirir. Bu isə sidiyin daha çox ifrazına gətirib çıxarır.

“Maye ilə birlikdə sidikdə kalsiumun xaric olunması sürətlənir”, – deyə Yunusova izah edib.

Həkim əlavə edib ki, yüksək doza kofein mədə-bağırsaq traktında kalsiumun sorulmasını da zəiflədə bilər. Xüsusilə qəhvənin acqarına və ya çoxlu miqdarda içilməsi bu təsiri daha da gücləndirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr