Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra seriala çəkilib.
Milli.Az xəbər verir ki, aktrisa "İşdə Məhəbbət macərası" serialına çəkilir. Ekran işi ARB TV-də efirə gedəcək.
Serialda Əməkdar artist Dilarə Əliyeva və aktyor qardaşı Vüsal Murtuzəliyev də rol alıb.
Qeyd edək ki, A.Bəşirqızı sonuncu dəfə serialda 2015-ci ildə rol alıb. O, "Qayınanamız" serialında çəkilib. (axşam.az)
Milli.Az