AZ

AB Rusiyaya qarşı “dron səddi” yaradır - Komissar

Avropa Birliyi (AB) Rusiyanın hava məkanını pozması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.

Axar.az xəbər verir ki, bu barədə AB-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius məlumat verib.

O, AB-yə üzv ölkələrin müdafiə nazirləri ilə videokonfransda konsepsiyanın həyata keçirilməsi barədə razılığın əldə olunduğunu açıqlayıb.

Konsepsiya çərçivəsində dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılması nəzərdə tutulur.

Seçilən
7
1
axar.az

4Mənbələr