“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Karvan-Yevlax”la matçın hazırlığını başa çatdırıb.
Rekord.az xəbər verir ki, komanda bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
3 matçlıq cəza səbəbindən ötən 2 turu buraxan futbolçu İqor Ribeyro bu dəfə də meydana çıxmayacaq.
Sentyabrın 27-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Karvan-Yevlax” oyunu saat 19:00-da başlanacaq.