AZ

Qəfil karlığın səbəbləri açıqlanıb

E-saglam.az xəbər verir ki, gənclərdə qəfil eşitmə itkisinə yuxudan qəflətən oyanma, yağlı qidaların qəbulu və digər həyat tərzi faktorları səbəb ola bilər.

"Sohu" portalının məlumatına görə, gənclərdə qəfil karlığa qulaqlıqlardan yüksək səsdə uzun müddət istifadə, gec oyaqlıq və qeyri-sağlam qidalanma ilə yanaşı, müasir həyatın digər amilləri də təsir göstərir.

Qəfil karlıq 3 günə qədər davam edən, qəfil eşitmə itkisi ilə xarakterizə olunur. Adətən yuxudan oyandıqdan sonra qulaqda tıxanma və eşitmə zəifliyi ilə başlayır. Əsas səbəblərdən biri daxili qulaq damarlarında qan dövranının pozulmasıdır. Bu damarlar çox incədir və spazm və tıxanmalara qarşı həssasdır.

Yağlı qidaların çoxluğu, qulaqlıqlardan uzunmüddətli istifadə və gec yatmaq damarların daha tez zəifləməsinə və zədələnməsinə səbəb olur. Bundan başqa, qrip və ya soyuqdəymə də eşitmə pozğunluğunu tətikləyə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 yaşdan yuxarı insanların hər üçündən biri eşitmə itkisi yaşayır. Bu hal yalnız həyat keyfiyyətini azaldaraq sosial təcridə səbəb olmur, həm də yaddaş zəifləməsi və depressiya riskini artırır.

Daha əvvəl isə xroniki stressin həyəcan siqnallarına qarşı "eşitmə karlığına" səbəb ola biləcəyi bildirilmişdi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr