AZ

Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Zelenski ilə görüşmək istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bunu jurnalist Pavel Zarubinlə söhbəti zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna lideri Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir və artıq bu məsələyə görə müraciət edib.

“Mən sadəcə onunla danışmaq istərdim. Və mən hesab edirəm ki, bizim məsləhətləşmələrə başlamağımızın vaxtı çatıb”, - Lukaşenko bildirib.

Belarus lideri müharibənin əvvəlində səsləndirdiyi təklifini xatırladıb: "Üç slavyan dövlətinin liderləri oturub “bu anlaşılmaz müharibəyə” son qoymaq barədə razılığa gəlməlidir".

Seçilən
7
38
publika.az

10Mənbələr