AZ

Bu ərazilərdə qaz kəsiləcək

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar 29.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.

"Cebheinfo.az" 

Seçilən
15
16
cebheinfo.az

10Mənbələr