AZ

Kapitan deyir ki: “Neftçi” kifayət qədər güclənib, onlardan 1 xal alsaq...”

“Neftçi” ən pis dönəmlərdə belə, favorit sayılıb.

Bu gün kifayət qədər güclənib, yaxşı təsir bağışlayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadə deyib.

Son 3 oyunda qol vurmadan məğlub olan bölgə təmsilçisi çempionluğa iddialı “Neftçi”nin qonağı olacaq. Həmin “Neftçi” ki, ötən tur “Sumqayıt”ı səfərdə udub və növbəti qələbənin arzusundadır.

Müdafiəçi sabiq komandasına qarşı oyundan gözləntilərini dilə gətirib:

“Bu dəqiqə “Neftçi”yə də xallar hava su-kimi lazımdır. Güclü heyət yığıblar, yaxşı komandaları var.

Açıq danışaq, bizim üçün çox çətin olacaq. Ancaq həyatda mümkünsüz heç nə yoxdur.

Məqsəd? “Neftçi”ylə səfər görüşündən 1 xalla qayıtmaq bizim üçün qələbəyə bərabər sayılacaq. Görək də”.

Sentyabrın 27-də “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Seçilən
11
sportinfo.az

1Mənbələr