Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.
“İki sahil” xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.
“Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra “Zirə” 12 xalla 1-ci, “İmişli” isə 8 xalla 5-cidir.
Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.
26 sentyabr
19:00. “Qarabağ” – “Qəbələ” - 2:0
Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3
Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)