Futbolda həmişə qeyri-adi hadisələr yaşanır. Onlardan biri Kolumbiyada Primera Divizionunun 12-ci turunun “Medellin” – “Junior” matçında baş verib.
Publika.az xəbər verir ki, epizodların birində zədələnən hücumçu Gilyermo Payva qazonda səcdə vəziyyətində olub.
Bu zaman cərimə meydançasına ötürülən top onun ombasına dəyərək qapıya daxil olub.
Lakin futbolçu bu qola sevinə bilməyib. Çünki hakim oyundankənar vəziyyət qeydə alıb.