AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, ingilis dilində yayımlanan 17 dəqiqəlik videomaterialda, eləcə də gürcü dilində dərc olunmuş xəbərdə dövlətimizin başçısının dünyaya çağırışı barədə məlumat verilir.
Materialda deyilir ki, Azərbaycan Prezidenti çıxışında ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirdi.
Azərbaycan Lideri bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi: Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq.
Qeyd olunur ki, Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı.
Eyni zamanda, materialda Azərbaycan Prezidentinin enerji təhlükəsizliyinin sülh, regional inteqrasiya və iqtisadi inkişafla bağlı olması barədə fikirləri qeyd olunur, Azərbaycanın bu məqsədlərə nail olmaqda fəal rol oynamaqda davam etdiyi vurğulanır.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta