AZ

Rafinya səsvermədə Dembelenin topladığı xalların yarısını qazana bilib

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliya millisinin və "Barselona"nın hücumçusu Rafinya 2025-ci il "Qızıl top" səsverməsində 620 xal toplayıb. Bu, Fransa millisinin və PSJ-nin oyunçusu, qalib Usman Dembelenin qazandığı 1380 xaldan iki dəfə azdır.

BAKU.WS-in məlumatına görə, bu barədə "Qızıl top"un mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

2024/2025 mövsümündə Rafinya bütün turnirlərdə 57 oyuna çıxaraq 34 qol vurub və 25 məhsuldar ötürmə edib. "Barselona" ilə birlikdə futbolçu İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkuboku qazanıb.

Keçən mövsüm isə Dembele klub səviyyəsində bütün turnirlərdə 53 oyunda iştirak edib, 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ ilə futbolçu Fransa çempionu olub, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
baku.ws

2Mənbələr