AZ

Bella və Cicinin anası fermasını satır Fotolar

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur modellər Cici və Bella Hadid bacılarının anası, keçmiş model Yolanda Hadid Pensilvaniya ştatındakı ailəyə məxsus fermasını satışa çıxarıb. 

Axşam.az xəbər verir ki, ailə 2017-ci ildə ABŞ-nin Baks dairəsində bu əmlakı 11 milyon dollara alıb.

Tarixi əsas ev hələ 1810-cu ildə tikilib. Yolanda evin interyer dizaynını özü hazırlayıb və bu məkanı övladları Cici Hadid, Bella Hadid və Anvar Hadid üçün sakit bir məkan kimi qurmaq istəyib.

Əsas evdə üç yataq, beş hamam, həmçinin bir neçə qonaq və yemək otağı var. Ərazidəki daş ambar isə 1776-cı ildə inşa edilib və içərisində əyləncə sahəsi, idman zalı və peşəkar atçılıq kompleksi yerləşir.

Fermanın ərazisində əlavə olaraq üç kottec də var. Onların isə hovuzu, bir neçə istirahət zonası və şərab zirzəmisi də mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
axsam.az

1Mənbələr