AZ

Bağça müdiri uşaqların ərzağını mağazada satır? − Video


Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara quru çörək və su verildiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu iddia ilə Ağcabədinin Pərioğullar kənd sakini Afıqə Şirinova “Xəzər Xəbər”ə müraciət edib və videolar göndərib.
Kənddəki uşaq bağçasında xadimə işləyən Afıqə Şirinova iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir.
Uşaq bağçasının müdiri Gülnarə Axundova bildirib ki, səsləndirilən iddia və ittihamlar tamamilə əsassızdır.
Qarabağ Regional Təhsil İdarəsindən də qeyd edildi ki, Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçası ilə bağlı təqdim edilən görüntülər və səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılacaq. Nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Ətraflı videonu təqdim edirik:
Seçilən
18
9
yeniavaz.com

10Mənbələr