AZ

Ağstafalı şəhidin oğlunun kiçik toy mərasimi keçirildi – FOTOLAR

44 günlük Vətən müharibəsinin iştirakçısı və ölkəmizin suverenliyinin tam bərpa edilməsi ilə nəticələnən 2022-ci ildə Ordumuzun həyata keçirdiyi lokal xarakterli  antiterror tədbirlərində qəhrəmancasına həlak olan Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan şəhidimiz Seyfəddin Mahmud oğlu Muradovun oğul övladının kiçik toy mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, mərasimdə həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Seyfəddin Muradov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden, eləcə də “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DSC

DSCDSC

Seçilən
0
3
editor.az

4Mənbələr