Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq.
Trend xəbər verir ki, bubarədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrikenerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləriaparılacaq. Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)tərəfindən həyata keçiriləcək işlər bu gecə, saat 02:00 - 03:00aralığında planlaşdırılıb.
Bu müddət ərzində Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, SüleymanRəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli,Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimovküçələrində elektrik enerjisində müvəqqəti fasilələr olacaq.
Təmir işləri tamamlandıqdan sonra sakinlər daha stabil vəkeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.