AZ

Bu ölkələr siçovulların istilasından əziyyət çəkir - Səbəb nədir?

Böyük Britaniya və ABŞ-nin böyük şəhərləri siçovulların istilasından əziyyət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Britaniyanın zərərvericilərlə mübarizə xidmətlərinin məlumatına görə, son iki ildə gəmiricilərlə bağlı müraciətlərin sayı 20% artıb.

Oxşar problemlər Vaşinqton, San-Fransisko və Nyu-York kimi böyük şəhərlərdə siçovulların aktiv şəkildə çoxaldığı ABŞ-də də müşahidə olunur.

Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər böyük şəhərlərdə gəmiricilərin populyasiyasının artmasına səbəb olan bir neçə amili qeyd edirlər: “fast food” istehlakının artması, zibil yığılmasının gecikməsi və kanalizasiya sistemlərini pozan tikinti işləri.

Artan temperaturun da siçovulların çoxalmasında rol oynadığı güman edilir. Nyu-York Şəhər Səhiyyə Departamentinin və Riçmond Universitetinin araşdırmalarına görə, son 17 ildə gəmiricilərin populyasiyası Vaşinqtonda 400%, San-Fransiskoda 300%, Nyu Yorkda isə 160% artıb./“Qafqazinfo”

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr