AZ

Atletlər koalisiyası UEFA-nı İsraili yarışlardan kənarlaşdırmağa çağırdı

BAKI, 27 sentyabr. TELEQRAF

Fransız yarımmüdafiəçi Pol Poqba da daxil olmaqla 48 idmançı bəyanat imzalayaraq, UEFA-nı İsraili Qəzzada apardığı hərbi əməliyyatlara görə yarışlardan kənarlaşdırılmağa çağırıb.

“Müxtəlif mənşəli, inanclı və etiqadlı peşəkar atletlər olaraq, biz inanırıq ki, idman ədalət, insaf və insanlıq prinsiplərini qorumalıdır”, - “Athletes 4 Peace” başlığı altında yazılmış bəyanatda deyilir.

“Athletes 4 Peace” UEFA-nı beynəlxalq qanunlara riayət etməyə və mülki şəxslərin öldürülməsini, həmçinin aclığı dayandırana qədər İsraili dərhal bütün yarışlardan uzaqlaşdırmağa çağırıb.

Bəyanatda ötən ay İsrailin Qəzzada humanitar yardım gözləyən mülki şəxslərə hücumu nəticəsində Fələstinin Pelesi kimi tanınan Süleyman əl-Obeydin ölümü xatırlanır.

Seçilən
15
teleqraf.com

1Mənbələr