ABŞ Dövlət Deparatmenti Kolumbiya Prezidenti Qustavo Petronun vizasını ləğv edəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilb.
Bildirilib ki, Petro Nyu-York küçələrindən birində dayanaraq ABŞ əsgərlərini əmrlərə tabe olmamağa çağırıb.
"Biz qızışdırıcı hərəkətlərinə görə Petronun vizasını ləğv edəcəyik", - məlumatda bildirilib.
Qeyd edək ki, Kolumbiya Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-dədir.