Ukraynanın dronlarla “dərin” zərbələri fonunda Rusiya ordusu “Buk” kompleksi üçün raket çatışmazlığı yaşayır.
Turkustan.az xəbər verir ki, bu barədə “ChrisO_wiki” təxəllüslü analitik X səhifəsində yazıb.
Analitik rusiyalı “müharibə blogeri” Maksim Kalaşnikovun rus zenitçilərlə söhbətinə istinad edir.
Kalaşnikovun sözlərinə görə, hər altı “Buk” zenit-raket kompleksinə bir və ya iki raket verilir. Üstəlik, son vaxtlar “Buk”lar dəniz zenit sistemlərində istifadə olunan raketlərlə təchiz edilib.
Kalaşnikov zenit raketlərinin çatışmazlığının səbəblərini açıqlamasa da, “ChrisO_wiki” öz fikrini irəli sürüb.
“Böyük ehtimal ondan ibarətdir ki, Ukraynanın gecə saatlarında neft emalı zavodlarına və digər hədəflərə PUA hücumları Rusiyanın “Buk” raketləri ehtiyatını ciddi şəkildə azaldıb”. /axar.az/