AZ

“Norm” ASC 27 Sentyabr – Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla anıb

“Norm” ASC ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad edib.

Finss.az xəbər verir ki, şirkət sosial şəbəkə hesablarında yayımladığı video paylaşımda 27 Sentyabr – Anım Günü münasibətilə bütün şəhidlərimizin müqəddəs ruhuna ehtiramını ifadə edib.

Paylaşımda vurğulanıb: “Vətənimizin bütövlüyünü bərpa edərkən qəhrəmanlıqları ilə dastana dönən bütün şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anırıq...”

Xatırladılıb ki, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu böyük zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib. Hər il 27 Sentyabr xalqımız tərəfindən Anım Günü kimi qeyd olunur və şəhidlərin əziz xatirəsi yad edilir.

LinkedIn / FacebookInstagram / Youtube

Fuad Mədətov
Finss.az

Seçilən
3
fins.az

1Mənbələr