AZ

Futbol millimiz III MDB Oyunlarında mübarizəyə başlayır

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün iki idman növü üzrə yarışlar keçiriləcək.

News24.az xəbər verir ki, Qəbələ şəhərində stolüstü tennis və futbol yarışları təşkil olunacaq.

Stolüstü tennis üzrə oğlan və qızlardan ibarət Azərbaycan yığmaları final görüşlərinə çıxacaqlar. Hər iki komandanın rəqibi Rusiyanın müvafiq kollektivləri olacaq. Final görüşləri saat 10:00-da başlanacaq.

Ardınca isə stolüstü tennisdə fərdi yarışlara start veriləcək.

Bu gün, həmçinin, futbol üzrə Azərbaycan (U-16) millisi Oyunlarda mübarizəyə başlayacaq. Aqil Nəbiyevin başçılıq etdiyi kollektiv Qəbələ Şəhər Stadionunda Tacikistanın U-16 komandası ilə qarşılaşacaq. Oyun saat 12:00-da start götürəcək. Günün ikinci matçında isə Rusiya seçməsi Belarusu sınağa çəkəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.


Seçilən
24
12
news24.az

10Mənbələr