AZ

Qubada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb VİDEO

Quba, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Ağbil kəndi yaxınlığından keçən hissəsində “VAZ 21011” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Yusifov və sərnişin 24 yaşlı Asim Qafarov ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılsa da, sürücü C.Yusifovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
2
azertag.az

10Mənbələr