AZ

"Hər bir vətəndaşımız şəhidlərimizin fədakarlığını hiss edəcək" - Anar Eyvazov

"Şəhid ailələri və şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir". 

Bunu "Unikal"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov deyib. 

Onun sözlərinə görə, Konstitusiya və Suverenlik ili çərçivəsində Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində Ali Baş Komandanımızın göstərişinə uyğun olaraq II Fəxri Xiyabanda genişmiqyaslı bərpa işləri həyata keçirilib: "Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı daxil olmaqla digər əməliyyatlarda, eləcə də helikopter qızasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən general və zabitlərimizin və müxtəlif dövlət mükafatları ilə təltif olunmuş mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb. 

Yenidənqurma işlərində 12 milli qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı - ümumilikdə 670 şəhidimizin uyuduğu bu müqəddəs ərazidə şəhid ailələrinin təklif və istəkləri nəzərə alınıb. Ərazidə Vətən müharibəsini simvolizə edən 44 metrlik monumental abidə ucaldılıb və müharibənin hər bir gününü üzərində əks etdirən lövhələr ucaldılıb. 

Bizim üçün müqəddəs olan bu ərazi xalqımızın milli-mənəvi dəyərlərini, eləcə də əziz şəhidlərimizin xatirəsini öz üzərində simvolizə edir. 

İnanıram ki, bu müqəddəs ərazilərimizi ziyarət edən hər bir vətəndaşımız şəhidlərimizin fədakarlığını hiss edəcək və bizim böyük irsimizi daim qəlbində daşıyacaq". 

Seçilən
26
50
unikal.az

10Mənbələr