AZ

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıb

III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.

"Report"  Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, hər iki komanda Rusiya millisinə uduzublar.

Həm oğlanlardan, həm də qızlardan ibarət komadalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

“Cebheinfo.az”

Seçilən
7
6
cebheinfo.az

8Mənbələr