"Yuventus" klubla müqaviləsi mövsümün sonunda başa çatan Duşan Vlahoviçi pulsuz buraxmaq istəmir.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi serbiyalı hücumçunu yanvar ayında satmağı planlaşdırır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Mançester Yunayted" və "Çelsi" Vlahoviçi heyətinə qatmaq istəyir. "Ağ-qaralar" 25 yaşlı forvard üçün qışda gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan 83 milyon avroya transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi