
Azərbaycan Polisi haqqında düşünərkən ilk yada düşən Birinci Qarabağ müharibəsi olur.
Təsəvvür edirsiniz Milli Ordumuzun olmadığı, silah-sursatın olmadığı o illərdə ümid ancaq və ancaq polis əməkdaşlarına qalırdı.
Ermənistandan qovulan 100 minlərlə soydaşlarımızın yerləşdirilməsində, onların asayişinin qorunmasında, hətta döyüş bölgələrində erməni vandallarına qarşı döyüşlərdə Azəraycan polisinin xidmətləri misilsiz dərəcədə olub. Bunu unutmaq olmaz.
Sonrakı illərdə, yəni Milli Ordumuzun yaradılmasından sonra polis orqanları əsas funksiylarını yerinə yetirməyə başladılar.
Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev
Azərbaycan polisi haqqında demişdir: “Azərbaycan polisi dövlətçiliyimizin dayağıdır, xalqımızın təhlükəsizliyinin təminatçısıdır”.
Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycan polisi dövlətçiliyimizin əsas dayaqlarından biridir və öz peşəkarlığı, fədakarlığı ilə xalqın etimadını qazanıb”.
Həqiqətən də polis əməkdaşları təkcə ictimai sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə deyil, həm də 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı dövrdə əhalinin təhlükəsizliyinin təminin olunmasında mühüm rol oynayıb.
Bu gün Azəraycan polisinin sıralarında keçmiş Qarabağ veteranları, döyüşçülər, qazilər də var. Cənab nazir, general-polkovnik Vilayət Eyvazov bu məsələlərə çox diqqətlə, həssas yanaşır. Ümumiyyətlə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun layiqli kadrların düzgün seçilib yerləşdirilməsindəki mövqeyi nümunə olacaq səviyyədədir.
Məhz buna görə də, yəni kadrların düzgün seçilməsinə görə, bu gün Azərbaycan polisi xalqın etimadını qazanmış, daxili işlər orqanlarında çalışan minlərlə əməkdaşın gündəlik fəaliyyəti ölkənin sabitliyi və inkişafı naminə sərf olunur.
Cənab nazirin uğurlu kadrlarından biri də Ağsu RPŞ-nin rəisi polkovnik Oruc Əmiraslanovdur.
Məlumat üçün qeyd edək ki, Oruc Əmiraslanov uzun müddətdir ki, daxili işlər orqanlarında uğurla çalışır.
O, əvvəl Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, sonradan həmin rayonun polis şöbəsinin rəis müavini vəzifələrində çalışıb.
Daha sonra Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü ildə isə cənab nazir Vilayət Eyvazovun əmri ilə Ağsu RPŞ-ə təyin edilib.
Oruc Əmiraslanov 2 il müddətində Ağsu polisində ciddi nizam-intizam yaradıb və rayon sakinlərinin dərin hörmətini qazanıb.
Bu gün inamla deyə bilərik ki, Ağsu rayonunda ictimai asayişin qorunması, cinayətkarlığın qarşısının alınması yüksək səviyyədədir. Oruc Əmiraslanov özü şəxsən sakinləri qəbul edib, onları prolemləri ilə maraqlanır və kömək edir. Eyni zamanda cənab rəis şəhid ailələrinə, Qarabağ veteranlarının prolemlərinə çox həssas və qayğıkeşliklə yanaşır.
Biz də bu yolda cənab Oruc Əmiraslanova və Ağsu polisinə işlərində uğurlar arzulayırıq.
Yazı Ağsu rayon sakinlərinin fikirləri əsasında hazırlanıb.
NUH.az