AZ

5 başlıqda ötən həftənin gümdəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftənin gündəm xəbərlərini təqdim edirik.

Banco.azxəbər verir ki, ötən həftə FED sədri Pauellin açıqlamaları və prezident Ərdoğanın ABŞ səfəri qlobal bazarlarda diqqət çəkib.

1- Ərdoğan: Məmnun ayrılırıq

Ərdoğan bildirib: “Hörmətli Prezidentlə səmimi, konstruktiv və səmərəli bir atmosferdə görüşlərimizi keçirdik. Bu vəziyyətin Türkiyə-Amerika münasibətlərinə də müsbət təsir edəcəyinə inanıram. Bu təmas bir çox mövzuda əhəmiyyətli irəliləyiş əldə etməyimizə səbəb oldu. Həm iki ölkənin ticarət həcmi, həm də potensialı ortadadır. 100 milyard dollarlıq ikitərəfli ticarət hədəfimiz var”, – deyə qeyd edib.

2- Qızılda yeni rekord

ABŞ Mərkəzi Bankının (Fed) ötən həftə faizləri azaltmasından sonra pul siyasətinin gələcəyinə dair Fed rəsmilərinin ehtiyatlı açıqlamalarına baxmayaraq, qızıl yeni rekorda çatıb.

3- İƏİT-dən Türkiyə üzrə böyümə və inflyasiya proqnozuna düzəliş

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyə iqtisadiyyatının 2025-ci il üçün böyümə proqnozunu 2,9 faizdən 3,2 faizə yüksəldib. Bu il üçün inflyasiya gözləntisi isə 31,4 faizdən 33,5 faizə çatdırılıb.

4- Pauell: İnflyasiyadakı qeyri-müəyyənlik davam edir

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell bildirib ki, inflyasiyanın gedişi ilə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır: “Daha yüksək və daha davamlı bir inflyasiya riskini diqqətlə qiymətləndirəcək və idarə edəcəyik. Qiymətlərdə bu dəfəlik artışın davamlı bir inflyasiya probleminə çevrilməsinin qarşısını alacağıq”.

5- ABŞ və Türkiyədən nüvə əməkdaşlığı sazişi

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ ilə Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumunun imzalandığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
2
2
banco.az

3Mənbələr