AZ

Məşhur “qanuni oğru” oğlunu evləndirdi, özü toya gəlmədi FOTO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gürcüstanda bu ilin barəsində ən çox danışılan toylarından biri Tbilisi yaxınlığında yerləşən Mtsxeta şəhərindəki “Marani” sarayında baş tutub. Söhbət məşhur kriminal lider, “Taro” ləqəbli Tariel Onianinin oğlu Uşba Onianinin toyundan gedir.

“AzPolitika” xəbər verir ki, Gürcüstan mediasının yazdığına görə, 500-dən çox qonağın qatıldığı toyda bəyin atası olmayıb.

Maşa adlı rus əsilli xanımla evlənən “Taro”nun oğlunun toy şənliyində gürcü estradasının ulduzları Nino Çxeidze, Şvidkatsa ansamblı, Nini Karseladze və “Kuçis Biçebi” iştirak ediblər.

Rusiyadan da çoxsaylı qonaqlar gəlib və onların arasında məşhur müğənni Valeri Meladzenin qızı Sofiko Meladze də olub.

Qonaqlar arasında ən çox diqqət cəlb edən şəxslərdən biri bəyin “xaç atası”, tanınmış siyasətçi Paata Burçuladze olub. O, sosial şəbəkədə foto paylaşaraq bəyə təbriklərini çatdırıb: "Mən Uşba ilə fəxr edirəm - o, ən yaxşı maliyyəçilərdən biridir və o, hazırda Londonda yaşayır və işləyir".

Bayram əhval-ruhiyyəsinə baxmayaraq, qonaqlar bəyin həyatında ən vacib şəxsin – atası Tariel Onianinin yoxluğunu müşahidə ediblər. Səbəb hüquqi məhdudiyyətlərdir. Belə ki, 2019-cu ildə Rusiya həbsxanasından çıxandan sonra “Taro”-ya Rusiyaya giriş qadağan edilib, sonra isə o, “çirkli pulların yuyulması” ittihamı əsasında İspaniyaya ekstradisiya edilib. KİV-in məlumatına görə, Tariel Oniani hazırda İspaniyada yaşayır.

Oniani özü kriminal və həbsxana həyatı yaşamasına baxmayaraq, övladlarına yüksək səviyyəli təhsil verməyi bacarıb. Onun oğlu Uşba və qızı Qvantsa uşaqlıqlarını Paris və Barselonada keçiriblər. Oğlu Londondakı Britaniya Beynəlxalq Məktəbini, sonra isə Cass Biznes Məktəbini bitirib. Mətbuatda yazılanlara görə, hazırda o, maliyyəçidir və ailə biznesini idarə etməkdədir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
azpolitika.info

1Mənbələr