AZ

Avrozonada inflyasiya proqnozları yüksəlir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya proqnozları yüksəlir.

Banco.azxəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) avqust ayında Avrozona istehlakçılarının inflyasiya gözləntilərinin artdığını bildirərək faiz dərəcələrinin daha çox azaldılmaması çağırışlarını dəstəkləyib.

ECB-nin cümə günü dərc etdiyi sorğuya görə, istehlakçıların qarşıdakı 12 aya dair inflyasiya gözləntisi 2,6 faizdən 2,8 faizə yüksəlib.

İstehlakçıların üçillik inflyasiya gözləntisi dəyişməz qaldığı halda, 5 il üçün proqnoz isə 2,2 faizə çatıb.

Avrozonada inflyasiya 2 faiz səviyyəsində sabit qalsa da, ECB rəsmiləri qiymətləri nəzarət altında saxladıqlarına əmindirlər və mövcud faiz dərəcələrindən məmnundurlar.

Lakin bəzi rəsmilər qarşıdakı iki ildə inflyasiyanın hədəfin altında qala biləcəyindən narahatdır, digərləri isə Avropada müdafiə xərclərinin artacağından ehtiyat edirlər.

ECB İdarə Heyətinin üzvü Peter Kazimir cümə axşamı günü hədəflərinə çatdıqlarını qürurla söyləyə bildiklərini qeyd edib. O əlavə edib: “İndi səbirli və qətiyyətli olmalı, zamanı gələndə hərəkətə keçməyə hazır olmalıyıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
1
banco.az

2Mənbələr