AZ

AMEA-nın kollektivi Zəfər parkında şəhidlərimizin xatirəsini yad edib

Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıdakı Zəfər parkında olublar.

AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elmi ictimaiyyətin nümayəndələri Zəfər parkındakı xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Seçilən
6
1
sia.az

2Mənbələr