"1997-ci il aprelin 27-si həyatımda ən qaranlıq bir hal, gündür. Suallarla dolu bir gündür. Hər zaman gözümü yumanda həmin hadisə gözümün qabağına gəlir".
“Cebheinfo.az” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Öz aramızda" verilişində deyib. Aktrisa 30 ildir itirdiyi qardaşından danışıb. O bildirib ki, qardaşı qətlə yetirilib:
"Yuxum ərşə çəkilib. Hadisə valideynləri itirəndən sonra olub. Dedik ki, nə yaxşı qardaşımın ölümünü valideynlərim görmədi. 25 yaşında qardaşım Samiri öldürdülər. Müəmmalı ölüm idi. Bu, qətldir. Qardaşımın ruhuna hörmət edib bu mövzuya qayıtmaq istəmirəm. Məndən 10 il sonra dünyaya gəlmişdi. Çox araşdırdım, sual altındadır".
N.Orucova bildirib ki, qardaşının övladını illərdir görmür:
"Qardaşımın vəfatından sonra buradan köçdülər. Sonunca dəfə uşaq vaxtı gördüm. 1 yaşına qədər əlaqə saxladıq,gedib-gəldik. Sonradan əlaqə qırıldı. İndi Məlikin 28 yaşı var".
“Cebheinfo.az”