AZ

FİFA Malaziya millisinin 7 futbolçusunu diskvalifikasiya etdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Malaziya milli komandasının 7 üzvünü saxta sənəd təqdim etdiklərinə görə 12 aylıq diskvalifikasiya edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Diskvalifikasiya olunan futbolçular arasında İspaniyanın "Alaves" klubunun müdafiəçisi Fakundo Qarses də var. Siyahıda həmçinin Qabriel Felip, Rodriqo Olqado, İmanol Maçuka, Joau Fiqeyredu, Yon İrasabal və Ektor Alehandro Hevel Serrano yer alıb. Həmin oyunçular Argentina, İspaniya, Braziliya və Niderland mənşəlidir.

FİFA-nın açıqlamasına görə, Malaziya Futbol Federasiyası bu oyunçuları yarışlara qeydiyyatdan keçirərkən saxta sənədlər təqdim edib. Onlar Asiya Kubokunun üçüncü təsnifat mərhələsində Vyetnamla (4:0) keçirilən oyunda iştirak ediblər.

Hər bir oyunçuya futbol ilə bağlı hər hansı fəaliyyətdə iştirak etmək 12 ay müddətinə qadağan edilib və 2.000 İsveçrə frankı (təxminən 2,1 min avro) məbləğində cərimə tətbiq olunub. Malaziya Futbol Assosiasiyasına isə 350.000 İsveçrə frankı (təxminən 374 min avro) həcmində cərimə kəsilib.

Bildirilir ki, oyunçular və federasiya qərara etiraz etmək üçün 10 gün müddətinə malikdir. Apelyasiya FİFA-nın Apelyasiya Komitəsində nəzərdən keçirilə bilər.

Seçilən
43
90deqiqe.az

1Mənbələr