AZ

Azərbaycan III MDB Oyunlarında ilk medallarını qazandı


Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub.
Yeniavaz.com
xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları keçirilib.
Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib.
Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar.
Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.
Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.
Seçilən
4
22
yeniavaz.com

10Mənbələr