AZ

Ukrayna Macarıstan PUA larını da vuracaq Zelenski xəbərdarlıq etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Macarıstan kəşfiyyat PUA-larının Ukraynanın qərb sərhədində aktivliyi qeydə alınmışdı.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam çıxışında Macarıstana xəbərdarlıq edib. O deyib ki, sərhəd yaxınlığında yenidən PUA-lar aşkar edilərsə, Ukrayna ordusu buna müvafiq cavab verəcək.

O xatırladıb ki, son günlər Ukrayna-Macarıstan sərhədində kəşfiyyat xarakterli pilotsuz təyyarələr aşkarlanıb: “Mən hərbçilərə tam təhqiqat aparmağı və belə pilotsuz təyyarələr bir daha aşkar edilərsə, dövlətimizin müdafiəsi üçün müvafiq cavab verməyi tapşırdım”.

O, bir daha vurğulayıb ki, ukraynalılar “hazırda bütün dronlara qarşı müdafiə baxımından Avropanın ən yaxşısıdır və Ukrayna öz təcrübəsini pilotsuz təyyarə təhlükələrindən etibarlı müdafiə tələb edən digər ölkələrlə bölüşməyə hazırdır”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr