“Cebheinfo.az” Lent.az -a istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkənin Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, müsadirə olunan narkotik vasitələrin “qara bazar” dəyəri 50 milyon dollardan çoxdur. “Avtomobilin sürücüsü, İran vətəndaşı saxlanılıb”, – Daraxvelidze əlavə edib.
Daraxvelidze bildirib ki, heroin yük maşınında balıq yemi kisələrində daşınıb.
Müəyyən olunub ki, narkotik yüklər İrandan Azərbaycandan tranzit keçməklə gətirilib. Nazir müavini əlavə edib ki, saxlanılan sürücünü uzunmüddətli həbs və ya ömürlük həbs cəzası gözləyir.
“Cebheinfo.az”