Suriya məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsinə order verib.
Turkustan.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi ali hakimə istinadən məlumat yayıb.
"2011-ci ildə Dəraa hadisələri ilə bağlı ittihamlarla Əsədin barəsində qiyabi həbs qərarı verilib", - hakim agentliyə bildirib. Onun sözlərinə görə, bu qərar “beynəlxalq təqibə yol açır”.
Suriyanın keçmiş prezidenti “qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və həbs” ittihamları ilə üzləşir. Qərar 2011-ci ildə Dəraa hadisələrində həlak olanların qohumlarının məhkəmə iddiası əsasında verilib.
2011-ci ildə Dəra əyalətində hökumət əleyhinə etirazlar başlayıb. Əyalətdə əks-üsyan əməliyyatları zamanı onlarla insan həlak olub. Etirazlar tədricən silahlı toqquşmaya çevrilərək ölkəni terrorçu qruplaşmalara qarşı həssas vəziyyətə salıb. Uzun müddət eyniadlı əyalət mərkəzi və qonşu şəhərlər “Cəbhət ən-Nusra” (Rusiyada qadağan olunmuş) terror qruplaşmasının nəzarəti altında idi.
Aytən Yaşar/ Turkustan.az