AZ

"Qarabağ" bir gecədə bütün dünyanı şoka saldı! - VİDEO

“Qarabağ” bundan sonra xallarını toplamağa başlayacaq, bütün oyunları uduzmayacaq”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinə “Benfika“ üzərində qələbəylə başlamasını mühüm hadisə adlandırıb.

Tanınmış telejurnalist bildirib ki, “köhlən atlar“ Portuqaliyada qazandığı 3:2 hesablı qalibiyyətlə artıq bütün dünyaya səs salıb.

Rzayevin fikrincə, Qurban Qurbanovun çalışdırdığı komandada özünəinam yaranıb və onların qarşıdakı turlarda da uğurlu nəticələr qazanacağına əmindir.

“Qarabağ“ın keçən mövsüm Avropa Liqasının əsas mərhələsində cəmi 3 xal əldə etməsini xatırladan aparıcı qeyd edib ki, builki yarışma bir başqa məcrada keçəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
25
sportinfo.az

1Mənbələr